
Xəbər verdiyimiz kimi, "Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Hayduk”la (Xorvatiya) matçlar üçün iştirak ərizəsini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 21 nəfərlik siyahıda komandadan ayrılacağı gözlənilən Salifu Suma və Rafael Utziqin adı yoxdur.
Bundan başqa, bu yay transfer edilən belaruslu hücumçu Yeqor Boqomolski, həmçinin yarımmüdafiəçi Eldar Quliyevin də heyətdə yer almaması diqqət çəkib.
Boqomolski və Quliyev zədəli olduğu üçün siyahıya daxil edilməyib. Hər iki futbolçu təlim-məşq toplanışı zamanı zədə alıb.
"Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də "Bakcell Arena"da keçiriləcək və saat 19:30-da başlayacaq.
Bu komandalar arasında cavab görüşü isə iyulun 31-də “Polyud Stadium”da olacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.