Pulları var, amma o qədər yox - Azərbaycandan transfer etməyəcəklər

00:50 Zirə 128
Pulları var, amma o qədər yox - Azərbaycandan transfer etməyəcəklər

“Zirə”nin legioneri Salifu Sumanın gələcəyi ilə bağlı hələ ki yenilik bəlli deyil.

Sportinfo.az xəbər verir ki, qvineyalı vingerin karyerasına harada davam edəcəyi dəqiqləşməyib.

Onun “Maribor”a keçidi iddia edilir. Amma Sloveniyanın “Naqomania” nəşri transfer xəbərlərini təkzib edib.

Nəşrin yaydığı xəbərə görə, bu yaxınlarda qvineyalının "Dinamo"ya (Kiyev) keçidi baş tutmamışdı.

“Maribor” Sumaya 1,5 milyon avro ödəyəcəkləri haqda çıxan xəbərləri təkzib edib. Belə ki, ölkənin titullu klublarından olan “Maribor”un bu qiymətə hansısa futbolçunun transferinə xərcləməyə hazır olmadığı bildirilir.

21 yaşlı vingerin başqa şərtlərlə Sloveniya komandasının sıralarına keçib-keçməyəcəyi isə bəlli deyil. Qeyd olunan məbləğin "Maribor" üçün yüksək olduğu deyilir.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR