
“Zirə” Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Hayduk”la (Xorvatiya) matçlar üçün iştirak ərizəsini bu gün açıqlayıb.
Baş məşqçi Rəşad Sadıqov siyahıya ikisi qapıçı olmaqla, ümumilikdə 21 futbolçunun adı daxil edib.
Komandadan ayrılacağı gözlənilən Salifu Sumanın adı siyahıya salınmayıb. Qvineyalının adı təsadüfən kənarda qalmayıb, yaxud yaddan çıxmayıb.
Qəsəbə təmsilçisi 21 yaşlı vingeri ilə bağlı Avropa klublarından biriylə razılığa gəlib. Amma həmin müştəri «Maribor» deyil.
Sloveniyanın tanınmış klubu maliyyə cəhətdən son vaxtlar müəyyən sıxıntılarla üzləşdiyindən, bu transferdən vaz keçib.
Odur ki, Premyer Liqanın gümüş medalçısı «köhnə dünya»dan gələn başqa bir təklifi dəyərləndirməli olub.
SPORTİNFO.AZ