Azərbaycan klubuna ödəməyə 1,5 milyon avroları yoxdur - Bu transfer üçün

19 İyul 2025 01:00 Zirə 1 060
Azərbaycan klubuna ödəməyə 1,5 milyon avroları yoxdur - Bu transfer üçün

“Zirə” Salifu Sumanın transferindən 1,5 milyon avro qazana bilməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Sloveniya mətbuatı məlumat yayıb.

Bildirilib ki, qvineyalı hücumçu “Maribor”la danışıq aparmaqda davam edir. Ancaq mətbuatda yazıldığı kimi, klub bu keçid üçün 1,5 milyon avro xərcləməyə hazır deyil.

Maddi cəhətdən müəyyən sıxıntıları olan “Maribor”un bir transferə bu qədər ödəniş etməsi inandırıcı görünmür.

Həmkarlarımızın klub daxilindəki mənbədən əldə etdikləri məlumata görə, “Maribor”un Sumanı heyətinə qatması da sual altındadır. Çünki klub əsasən azad agent statusu daşıyan oyunçulara üstünlük verir.

Salifu Suma Kiyev “Dinamo”su başda olmaqla, başqa bir neçə Avropa klubunun diqqət mərkəzindədir. 21 yaşlı oyunçunun “Zirə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA