
“Zirə” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.
Sportinfo.az xəbər verir ki, komanda Türkiyə təmsilçisi “Çorum”la üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
"Zirə" bunadək 3 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə (2:1) və “Əl-Hüseyin” (1:0) qalib gəlib.
“Zirə” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 23-də, saat 19:30-da Bakıda, cavab görüşü isə 31-də, saat 23:00-da “Polyud Stadium”da keçiriləcək.