"Zirə" Türkiyədə İordaniya klubu ilə üz-üzə gələcək

16:20 Zirə 110
"Zirə" Türkiyədə İordaniya klubu ilə üz-üzə gələcək

"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxacaq.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi İordaniyanın “Əl-Hüseyin” klubu ilə qarşılaşacaq.

Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Zirə" bunadək 2 yoxlama görüşündə qüvvəsini sınayıb. Rəşad Sadıqovun komandası Bakıda "Qarabağ"a uduzub (0:4), Türkiyədə isə “Ankara Keçiörengücü”nə qalib gəlib (2:1).

İulun 17-nə qədər qonşu ölkədə olacaq "Zirə" bu müddətdə daha 2 yoxlama matçı keçirməyi planlaşdırır. Görüşlər 16 iyul (iki oyun) tarixində oynanılacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.

Digər Xəbərlər
Xəbər Lenti