İtalyanlar "Zirə"nin arxasınca Xorvatiyaya yollanacaq

10 İyul 2025 01:10 Zirə 1 094
İtalyanlar "Zirə"nin arxasınca Xorvatiyaya yollanacaq

"Zirə"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la cavab matçının hakimləri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb.

Oyun İtaliyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşü FİFA referisi Luka Payretto idarə edəcək.

Ona yan xətt hakimləri qismində Cüzeppe Perrotti və Xaled Bahri köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.

Bu komandalar arasında ilk matç iyulun 23-də Bakıda olacaq (saat 19:30). Cavab görüşü isə iyulun 31-də, Xorvatiyada keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM