
"Zirə" Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışı çərçivəsində yoxlama matçı keçirəcək.
Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun komandası "Ankara Keçiörengücü" ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 18:45-də start götürəcək.
"Zirə" daha əvvəl Bakıda "Qarabağ"a yoxlama matçında 0:4 uduzub.
İyulun 17-nə qədər qonşu ölkədə olacaq "Zirə" bu müddətdə daha 3 yoxlama matçı keçirməyi planlaşdırır. Görüşlər 12 və 16 iyul (iki oyun) tarixlərində oynanılacaq. Rəqiblərin kimliyi barədə hələlik açıqlama verilməyib.