1,5 milyonluq legioner Azərbaycan klubunu tərk edib?

8 İyul 20:40 Zirə 604
1,5 milyonluq legioner Azərbaycan klubunu tərk edib?

Salifu Sumanın yeni mövsümə başqa klubda başlayacağı böyük ölçüdə dəqiqdir.

Ölkə xaricindən “Zirə”nin 21 yaşlı futbolçusuna kifayət qədər maraq var ki, artıq xeyli müddətdir bu yöndə danışıqlar gedir.

Sumanın “Konyaspor”un təklifi geri çevirərək avrokuboklarda mübarizə aparacaq Kiyev “Dinamo”sunda oynamaq istədiyi deyilir.

“Qartallar”ın bu keçid üçün qarşı tərəfdən 1,5 milyon avro tələb etməsi isə Ukrayna mətbuatının manşetlərini bəzəyir.

Diqqətləri çəkən məqam Salifunun “Zirə”nin Türkiyə toplanışında gözə dəyməməsidir.

“Qarabağ”la Bakıdakı yoldaşlıq görüşünün ikinci hissəsində meydana çıxan futbolçu komandasının hava limanından və Türkiyədəki məşqdən hazırlanan fotoreportajlarında görüntülənməyib.

Düşünmək olar ki, səbəbkar yeni klubuyla müqavilə bağlamaq üçün düşərgəni tərk edib.

Lakin “Zirə” rəsmiləri ilə danışanda, öyrəndik ki, Suma hazırda Boludadır və kollektiv çalışmalarda yaxından iştirak edir. Şəkillərdə görünməməsi isıə sırf təsadüflə bağlıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?