Avrokuboklara qatılacaq klubdan BEŞİNCİ TRANSFER

20:20 Zirə 314
Avrokuboklara qatılacaq klubdan BEŞİNCİ TRANSFER

"Zirə” heyətinə yeni futbolçu cəlb edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Vinsent Tilli heyətinə qatıb. Luksemburqlu futbolçuyla 1+1 illik müqavilə bağlanılıb.

Bu, klubun yayda heyətinə qatdığı 5-ci oyunçu olub.

"Zirə" bunadək Brahim Konate, Yeqor Boqomolski, Rövlan Muradovu, eləcə də icarə qaydasında burada oynamış "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimlini də birdəfəlik transfer etmişdi.

Vinsent Tillə gəlincə, 25 yaşlı oyunçu karyerası ərzində Fransanın “Mets”, “Pau”, “Orleans”, Portuqaliyanın “Nasyonal”, İsveçin “Örebro”, AİK klublarının şərəfini qoruyub. Luksemburq yığmasının da üzvü olan Till son olaraq Azərbaycanda “Sabah”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti