"Zirə" ölkəni tərk etdi, Türkiyənin yolunu tutdu - FOTOLAR

5 İyul 2025 20:20 Zirə 708
"Zirə" ölkəni tərk etdi, Türkiyənin yolunu tutdu - FOTOLAR

Zirə" təlim-məşq toplanışının ikinci hissəsi üçün Türkiyənin Bolu şəhərinə gedib.

Sportinfo.az xəbər verir ki, iyunun 14-də çalışmalara start verən "qartallar" bu günə qədər Bakıda olublar.

Bu müddət ərzində komanda bir yoxlama oyunu keçirib - "Qarabağ"a qarşı.

5-17 iyul tarixlərində qonşu ölkədə olacaq "Zirə" bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.

Oyunlar 8, 12 və 16 iyul (iki oyun) tarixlərində baş tutacaq. Rəqiblərin kimliyi barədə daha sonra məlumatın veriləcəyi bildirilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Fevral 18:10 Çək və bizə göndər!