
"Zirə" intizamsızlıq üstündə transferə çıxardığı Rafael Utziqə görə istədiyi məbləğ bəlli olub.
"Qartallar" mayın əvvəlində əsas komandadan kənarlaşdırdığı braziliyanı 200 min dollardan aşağı satmaq niyyətində deyil.
Maraqlıdır ki, aradan ötən 2 ay ərzində "sambaçı"nın real müştərisi üzə çıxmayıb. Baxmayaraq ki, o, Avropa və Asiyadan təkliflərinin olduğunu deyərək, ayrılmaq istədyiini bildirib.
Hələ də ölkəsindən geri dönməyən Rafael cəzalandırılacaq. Komandanın baş məşqçisi Rəşad Sadıqov deyib:
"Utziq ayrılmaq istəyirdi, biz də transferə çıxardıq. Hər hansı təklif olduqda onun da məsələsi müzakirə ediləcək.
Düşərgəmizə gəlməli olduğu ilk gündən hüquqi çərçivədə tədbirlər görülür.
Klubumuzla müqaviləsi davam etdiyindən, qayıtma ehtimalı da var. Dönəcəyi təqdirdə, hər günə görə böyük miqdarda cərimə olunacaq".
Bununla belə, Sadıqov bildirib ki, Salifu Suma və Rafael Utziq kimi iki hücumameylli aparıcı oyunçunun komandadan ayrılma ehtimalları "Zirə" üçün itkidir:
"Axtarırıq, qısa müddət ərzində problemi həll etmək asan olmayacaq. Hətta tapsaq belə, oyunlara nə dərəcədə hazır olub-olmayacaqları da bir sualdır".
Utziq isə ayrılmaq istəyirdi, biz də transferə çıxardıq. Hər hansı təklif olduqda onun da məsələsi müzakirə ediləcək.
Amma birdən-birə iki hücumameylli aparıcı oyunçumuzun itkisi, komandadan ayrılma ehtimalları bizim üçün itkidir. Axtarırıq, qısa müddət ərzində problemi həll etmək asan olmayacaq.
Hətta tapsaq belə, oyunlara nə dərəcədə hazır olub-olmayacaqları da bir sualdır. Utziqə qarşı ilk gündən hüquqi çərçivədə tədbirlər görülür.
Klubumuzla müqaviləsi davam etdiyindən, qayıtma ehtimalı da var. Dönəcəyi təqdirdə, hər günə görə böyük miqdarda cərimə olunacaq".
SPORTİNFO.AZ