“Bəlkə də böyük əksəriyyət burada “Sabah”la “Neftçi”ni görürdü”

3 İyul 2025 23:40 Zirə 889
“Bəlkə də böyük əksəriyyət burada “Sabah”la “Neftçi”ni görürdü”

“Sürpriz adlandıra bilmərəm, ancaq böyük irəliləyiş əldə etdilər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin kapitanı Qismət Alıyev deyib.

Bir neçə ildir “qartallar”ın şərəfini qoruyan müdafiəçi “başa çatan mövsümün sürpriz adı kimi hansı komandanın adını çəkə bilərsən” sualına cavabında “Araz-Naxçıvan”ın adını çəkib:

“Onlar ötən mövsüm çempionatdakı yerini qorumağı bacarmışdılar. Hiss olunurdu ki, əsas məqsəd elitada qalmaqdır.

Bu il çempionatı ilk “3-lük”də başa vurması xoş hal kimi qiymətləndirilməlidir.

Bəlkə də böyük əksəriyyət medalçılar sırasında “Sabah”la “Neftçi”ni görürdü. İldən-ilə Premyer Liqadakı rəqabət daha da artır”.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM