
Mövsümlərarası fasilənin 1 ayı arxada qaldı.
Bəs avrokuboklara hazırlaşan komandalar, həmçinin qarşıdakı mövsümün planlarını cızan digərləri bu bir aylıq dövrdən necə istifadə etdi?
Təbii ki, hamısı mövsüm bitincə məşqçili, oyunçulu tətilə çıxmışdı və yalnız iyunun sonlarından bəzi klublar hazırlığa start verdi. Əsas da avrokuboklardakı təmsilçilərimiz.
Bir necə klub isə hələ də tətildədir. Konfrans Liqasında çıxış edəcək “Zirə” yeni mövsümün hazrlığına hamıdan tez başlayıb.
İyunun 14-dən bir araya gələn Rəşad Sadıqovun komandasında Pyer Zebli. Məqsıd İsayev vı Rüstəm Əhmədzadəni daha görməyəcəyik.
Yeni transferlər üçün “Zirə” dağa-daşa düşməyib.
“Sumqayıt”dan ayrılan Rövlan Muradovu, həmçinin “Şamaxı”dakı oyunu ilə diqqət çəkən Brahim Konateni “Zirə”də izləmək maraqlı olacaq.
“Neftçi”də hec cür özünü göstərə bilməyən Yeqor Boqomolski isə Rəşad Sadıqovu peşman etməsə yaxşıdır.
Rafael Utziq isə artıq baş məşqçini peşman edib. Tətil bitsə də, braziliyalı hücumçu yenə də istirahətdən qayıtmayıb.
Zatən, Utziq hələ mayda “Zirə”dən ayrılnaq istədiyini Rəşad Sadıqova bildirmişdi. Amma ayrılmağın da bir qayda-qanunu var.
Rəşad Sadiqov bugünlərdə mediaya bildirib ki, klubla 1 illik müqaviləsi olan braziliyalı artıq transferə çıxarılıb və əgər yenidən heyətə qayıtsa, böyük miqdarda cərimələnəcək.
“Zirə” Salifu Sumanı da itirmək üzrədir. Bu mövsüm parlaq oyunu ilə diqqət çəkən legionerə Kiyev “Dinamo”su müştəri çıxıb. Transfer reallaşmağa yaxındır və “Zirə” bu bazarlıqdan 1 milyon avrodan artıq qazana bilər.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN