
“Salifu Sumanın Kiyev “Dinamo”su ilə danışıqlarını aparan mən olmuşam. Keyfiyyətli futbolçudur.
Sadəcə, transfer qiymətində hələ ki, razılaşma əldə olunmayıb.
“Zirə” təklif olunandan da artıq məbləğ istəyir. 800 min avro kimi qiymətlər yazılır.
Düşünün ki, Ukrayna klubu bunu verməyə hazırdır. “Zirə” səbrli davranmağa çalışır.
Avrokubok matçında qol və ya qollar vurarsa, 800 minin yüksəlib 8 milyon da olmaq ehtimalı var. Hazırda 1 milyon avro belə ödəməyə hazırdılar”.
Bu açıqlama futbol agenti və funksioneri Ceyhun Sultanova məxsusdur.
Tanınan mütəxəssis “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində Elçin Cəfərovun qonağı olub.
Son günlər adı mütxəlif klublarla hallanan “Zirə”li vinger Salifu Sumanın potensial keçidi barədə danışan C.Sultanov “Dinamo”ya (Kiev) danışıqları özünün apardığını dedi və son məlumatı diqqətə çatdırdı.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN