“O, komandaya dönsə, hər günə görə böyük miqdarda cərimə olunacaq"

11:20 Zirə 380
“O, komandaya dönsə,  hər günə görə böyük miqdarda cərimə olunacaq"

"Zirə" transferə çıxardığı futbolçusu Rafael Utziqi cəzalandıracaq.

bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərə açıqlamasında bildirib.

43 yaşlı mütəxəssis səbəb kimi braziliyalı hücumçunun hələ də "qartallar"ın düşərgəsinə gəlməməsini göstərib:

"Utziq ayrılmaq istəyirdi, biz də transferə çıxardıq. Hər hansı təklif olduqda onun da məsələsi müzakirə ediləcək.

Düşərgəmizə gəlməli olduğu ilk gündən hüquqi çərçivədə tədbirlər görülür.

Klubumuzla müqaviləsi davam etdiyindən, qayıtma ehtimalı da var. Dönəcəyi təqdirdə, hər günə görə böyük miqdarda cərimə olunacaq".

Bununla belə, Sadıqov bildirib ki, Salifu Suma və Rafael Utziq kimi iki hücumameylli aparıcı oyunçunun komandadan ayrılma ehtimalları "Zirə" üçün itkidir:

"Axtarırıq, qısa müddət ərzində problemi həll etmək asan olmayacaq. Hətta tapsaq belə, oyunlara nə dərəcədə hazır olub-olmayacaqları da bir sualdır".

Utziq isə ayrılmaq istəyirdi, biz də transferə çıxardıq. Hər hansı təklif olduqda onun da məsələsi müzakirə ediləcək.

Amma birdən-birə iki hücumameylli aparıcı oyunçumuzun itkisi, komandadan ayrılma ehtimalları bizim üçün itkidir. Axtarırıq, qısa müddət ərzində problemi həll etmək asan olmayacaq.

Hətta tapsaq belə, oyunlara nə dərəcədə hazır olub-olmayacaqları da bir sualdır. Utziqə qarşı ilk gündən hüquqi çərçivədə tədbirlər görülür.

Klubumuzla müqaviləsi davam etdiyindən, qayıtma ehtimalı da var. Dönəcəyi təqdirdə, hər günə görə böyük miqdarda cərimə olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti