Rəşad Sadıqov: "Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi"

1 İyul 2025 00:50 Zirə 693
Rəşad Sadıqov: "Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi"

"Zirə" yoxlama oyununda "Qarabağ"a 0:4 hesabı ilə məğlub olub.

Sportinfo.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçla bağlı fikirlərini klubun mətbuat xidmətinə bölüşüb:

“İlk yoxlama oyunumuz idi. Birinci matçımız olduğunu nəzərə alsaq, futbolçularımızdan razı qaldıq.

Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi. Hazırda əsas məqsədimiz qarşıdakı Türkiyə toplanışında keçirəcəyimiz oyunlarda daha yaxşı çıxış edib, formamızı yüksəltmək və ideal vəziyyətdə olmaqdır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA