Azərbaycan klubuna 800 min avro ödəmə etməyə hazırdırlar

13:20 Zirə 728
Azərbaycan klubuna 800 min avro ödəmə etməyə hazırdırlar

“Zirə”nin hücumçusu Salifu Suma “Konyaspor”la rəsmi danışıqlara başlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Superliqa təmsilçisi 21 yaşlı ön xətt oyunçusunun keçidi üçün Azərbaycan klubuna 800 min avro rəsmi təklif göndərib.

Sumanın özünə isə aylıq 30 min avro maaş olmaqla 3 illik müqavilə təklif olunub.

Xəbərdə o da vurğulanıb ki, Sumanın “Zirə” ilə yeni müqavilə bağlamaq ehtimalı qalmayıb. Lakin başqa variantlar olduğundan, qvineyalı qərar verməyə tələsmir.

O, Kiyev “Dinamo”su, “Rubin”, Sofiya MOİK-i, “Ludoqorets”, Moskva “Spartak”ı və “Fənərbağça”nın da maraq dairəsindədir. Hazırda oyunçu uğrunda mübarizədə “Dinamo” və “Konyaspor” favorit hesab olunur.

Salifu Sumanın “Zirə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti