
«Zirə»nin vingeri Salifu Suma karyerasını Ukraynada davam etdirəcək.
Az öncə aldığımız məlumata görə, Kiyev «Dinamo»su qvineyalı legionerin keçid detallarını tam reallaşdırıb.
«Qartallar»ın irəli sürdüyü bütün şərtlər onlar tərəfindən qəbul olunub. Yaxın müddətdə, bəlkə də elə bu gün-sabah transferin açıqlanması gözlənilir.
«Dinamo» Suma ilə uzunmüddətli müqavlə (4-6 il) imzalayacaq. Onu sonradan başqa bir kluba satarlarsa, bu sövdələşmədən «Zirə»yə də pay çatacaq.
Afrikalı 2023-cü ildən "qartallar"ın şərəfini qoruyurdu.
O, meydana çıxdığı 82 görüşdə 18 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ