Azərbaycan klubunda şok ayrılıq - Ukrayna nəhəngi ilə anlaşdı - SON DƏQİQƏ

26 İyun 20:20 Zirə 1 172
Azərbaycan klubunda şok ayrılıq - Ukrayna nəhəngi ilə anlaşdı - SON DƏQİQƏ

"Zirə"də şok ayrılıq yaşanıb.

Ölkəmizi Konfrans Liqasında təmsil edəcək Bakı klubun lideri Salifu Suma Azərbaycanı tərk edib.

Buna səbəb ölkə xaricindən aldığı təkliflər olub.

Sumanın xidmətində Rusiya, Türkiyə, Ukrayna klublarının maraqlı olduğunu həftələr öncədən yazmışdıq.

21 yaşlı gənc artıq öz seçimini də edib.

Onun karyerasını Kiyev "Dinamo"sunda davam etdirəcəyi böyük ölçüdə dəqiqləşib.

Ukrayna nəhəngi bu ilin yanvar ayında "Zirə"yə rəsmi təklif göndərmişdi.

Klublar yarımmüdafiəçinin keçidi üçün bütün detallarda razılıq əldə edib.

Suma 2023-cü ildən "qartallar"ın şərəfini qoruyur.

O, "Zirə" formasında meydana çıxdığı 82 görüşdə 18 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyun 18:10 Çək və bizə göndər!
26 İyun 17:20 Gedənlər: Bu da 5…
26 İyun 16:20 Daha bir yeni müqavilə
26 İyun 04:00 Komandamız çempion oldu