Nə müştərisi var, nə də… Bir aydır ”avara” qalıb

26 İyun 2025 21:00 Zirə 1 553
Nə müştərisi var, nə də… Bir aydır ”avara” qalıb

Son ilyarımı «Zirə»də keçirən Rafael Utziqin karyerasını harada davam etdirəcəyi hələ də naməlumdur.

May ayında transfer çıxarılan braziliyalı hücumçuya bugünədək real təklif gəlməyib.

Hər halda 29 yaşlı legionerə görə «qartallar»ın qapısını döyən olmayıb.

Bununla belə, Premyer Liqanın gümüş medalçısı yenə gözləmə mövqeyindədir. Utziq isə Konfrans Liqasının hazırlıqlarına start verən komandanın məşqlərində iştirak etmir.

Kontraktı 2026-cı ilin yayınadək qüvvədə olan cənubi amerikalı “qartallar”ın formasında bütün yarışlarda meydana çıxdığı 61 oyunda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA