Rusiya elitasına qayıdan klub Azərbaycandan onu transfer etmək niyyətindədir

19 İyun 2025 16:20 Zirə 2 794
Rusiya elitasına qayıdan klub Azərbaycandan onu transfer etmək niyyətindədir

“Zirə”nin legioneri Salif Suma daha bir xarici klubun diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi "Torpedo"ya (Moskva) transfer siyahısındadır.

Bu haqda Rusiya mediası informasiya paylaşıb.

Başa çatan mövsümün yekunlarına əsasən Rusiya Premyer Liqasına geri qayıdan Moskva təmsilçisi Sumanın keçidini bu yay həll etməyə çalışır.

21 yaşlı futbolçunun “Zirə” ilə hazırkı müqaviləsi 2027-ci il iyunun 30-na qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM