
Azərbaycan millisinin və “Zirə”nin üzvü 24 yaşında subaylığa “əlvida” deyib.
Ceyhun Nuriyev iyunun 15-də özünə toy edib.
Bakının dəbdəbəli məkanlarından sayılan “Elite Events Hall”da baş tutan özəl gündə futbol ictimaiyyətinin nümayəndələri gözə dəyib.
Ceyhunun əvvəlki klubu “Sabah”dakı bəzi komanda yoldaşları, məşqçilər, həkimlər, inzibatçılar, “Zirə”nin kollektivi, Azərbaycan millisindəki futbolçu yoldaşları toy gününə xüsusi rəng qatıblar.
Lakin heç də bütün dəvətlilər şənlikdə iştirak etməyib. Fasilə dövrü olduğundan, legionerlərin böyük əksəriyyəti və bəzi yerli oyunçular Ceyhunun yanında ola bilməyiblər.
HƏBİB / SPORTİNFO.AZ