Yeni müqaviləyə imza atan yarımmüdafiəçi bölgə klubundan təklif aldı

2 İyul 2025 22:20 Zirə 1 287
Yeni müqaviləyə imza atan yarımmüdafiəçi bölgə klubundan təklif aldı

Hacıağa Hacılı "Zirə"dən ayrıla bilər.

Təcrübəli yarımmüdafiəçiyə "Karvan" elçi düşüb.

Bölgə klubu "Zirə" ilə yeni müqavilə imzalayan orta sahə oyunçusunu icarəyə götürmək istəyir.

"Karvan" rəsmiləri bu istəyini qarşı tərəfə bildirib.

İndi qalır, "qartallar"ın hansı reaksiyanı verəcəyi.

Hacıağa "Qəbələ"nin yetirməsidir.

2020-ci ildən "Zirə"nin formasını geyinən 27 yaşlı futbolçu qısa müddətdə "Qarabağ"da da çıxış edib.

O, bütün aşağı yaş qrupları millimizdə də oynayıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA