Azərbaycanda Qurban Qurbanovun davamçısı tapıldı - VİDEO

10 İyun 10:40 Zirə 4 303
Azərbaycanda Qurban Qurbanovun davamçısı tapıldı - VİDEO

Azərbaycan Premyer Liqasında son illər görməyə adət etdiyimiz mövsüm sonundakı tablo yenə pozulmadı.

“Qarabağ” ardıcıl 4-cü, ümumilikdə 12-ci dəfə ölkə çempionu oldu və Çempionlar Liqasında ikinci mərhələdən oynamaq huququ qazandı.

“Sabah” Azərbaycan Kubokunun qalibi kimi Avropa Liqasına, çempionatda ikinci yeri tutan ”Zirə” və bürünc medalçı “Araz-Naxcıvan” isə Konfrans Liqasına vəsiqə əldə etdi.

10 komanda arasında ən az xal toplayan “Səbail” I Liqaya yuvarlandı.

Rəşad Sadıqova afərin!

İldən ilə daha yaxşı işlır görür, məşqçi olaraq yüksəlir. Ötən yay “Zirə”nin Konfrans Liqasının pley-offuna qədər irəliləməsi də məşqçilikdə Qurban Qurbanovun ardıcılının yetişməsindən xəbər verir.

Bu inkişafda “Zirə” rəhbərliyinin rolu az olmadı. Komanda üçün uğursuz mövsümlərdə məşqçiyə arxa duran, Rəşad Sadıqova birinci. ikinci şansı verən fəxri prezident Orxan Məmmədov indi səbrli davranışının bəhrəsini görür.

10 illik yubileyini qeyd edən klub bu müddətdə 1 bürünc, 3 dəfə gümüş medalları qazanıb.

Sonuncu gümüşü bu mövsüm çempion “Qarabağ”dan 15 xal geri qalmaqla əldə etdilər. “Zirə” qələbə, vurulan və buraxılan topların sayında da yalnız “Qarabağ”dan geri qaldı.

Son 14 turda cəmi 1 oyunda uduzdular, o da “Qarabağ”a. Rəşad Sadıqov heyətin “onurğa sütunu”nu formalaşdırıb.

“Şerif”ə məğlubiyyətə görə anti-qəhrəman elan etdiyimiz Salifu Suma daha intizamlı, daha məsuliyyətli olmaqla aparıcı fiqura çevrilib. İndi də Sumaya görə xarici klublardan təkliflər ard-arda gəlir.

Sumadan sonra gürcü Davit Volkov “Zirə”nin bu mövsüm ən çox qol vuran oyunçusudur. Mutsinzi və Ruan Renato müdafiənin vazkeçilməz isimləridir.

Cərimə zərbələrinin əla ifaçıısı Junior Martins yaxşı tapıntıdır. Giorgi Papunaşvilinin də təcrübəsi lazımi anlarda sözünü deyir.

Medal qazanmaq, normal heyət formalaşdırmaq üçün Z”irə” heç də fantastik pullar xərcləməyib.

10 milyon 968 min manatlıq büdcəsi olan “Zirə” bu göstərici ilə “Qarabağ”, “Neftçi” və “Sabah”dan geri qalmaqla çempionatda dördüncü klubdur. Amma “Neftçi”nin də nəticəsinə baxın, “Zirə”nin də.

İndi qalır bunun davamını Avropada gətirmək. Ötən mövsüm “Zirə” uğurlu çıxışıyla ölkəmizin UEFA klub reytinqinə ”Qarabağ”la eyni miqdarda xal qazandırdı.

Məşqçinin işinə təkcə ölkə daxilindıə qazanılan nəticələrə deyil, həm də Avropadakı çıxışına görə qiymət verilməlidir.

Görək. Rəşad Sadıqov növbəti avrokubok imtahanına necə hazırlaşacaq!

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!