
"Zirə"nin hücumçusu Davit Volkov yoxlama matçları üçün Gürcüstan milli komandasına dəvət alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
30 yaşlı futbolçu zədələnimiş Budu Zivzivadzenin ("Haydenhaym", Almaniya) əvəzinə heyətə çağırılıb.
Volkov ilk dəfə milli komandaya 2021-ci ilin noyabrında çağırılmışdı. O, millinin heyətində 5 oyuna 2 qol vurub. Sonrakı illərdə isə Volkov ölkəsinin əsas komandasından kənarda qalmışdı.
Gürcüstan millisi iyunun 5-də Farer adaları, 8-də isə Kabo-Verde yığması ilə yoldaşlıq oyunu keçirəcək.