
Avrokuboklarda iştirak edəcək “Zirə” heyətini qorumaqda maraqlıdır.
Rəşad Sadıqov çıxışından razı qaldığı İsmayıl İbrahimlini yenidən sərəncamında görmək istəyir.
“18 nömrə” müqavilə ilə “Qarabağ”a məxsus olsa da, son iki mövsümü icarə əsasında “Zirə”də keçirib və cari mövsümün sonunda icarə sözləşməsi başa çatıb.
İsmayıl karyerasını yenidən Zirə təmsilçisində davam etdirəcək. Bunun üçün “Qarabağ”la qüvvədə olan daha 1 illik müqavilə qarşılıqlı razılıq əsasında pozulacaq. Artıq məsələ ilə bağlı klublar arasında ortaq məxrəcə gəlinib.
İbrahimli “köhlən atlar”la üzülüşən kimi “Zirə” ilə 2 illik anlaşmaya qol çəkib, sözügedən klubun tam hüquqlu üzvünə çevriləcək.
Hazırda Azərbaycan millli komandasının sıralarında təlim-məşq toplanışından olan futbolçu “qartallar”ın heyətində meydana çıxdığı 75 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ