“Zirə”də SON DURUM – A-dan Z-yə hər şey burada

30 May 22:20 Zirə 517
“Zirə”də SON DURUM – A-dan Z-yə hər şey burada

Premyer Liqanı ikinci pillədə başa vuraraq avrokuboklara vəsiqə qazanan “Zirə” heyəti gücləndirməkdə maraqlıdır.

Qəsəbə təmsilçisi hələ ki, yalnız Brahim Konatenin keçidini rəsmiləşdirib. “Şamaxı”dan ayrılan yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalanıb.

Baş məşqçi Rəşad Sadıqov komandanın gücləndirilməsində maraqlıdır. Ötən yay avrokuboklarda futbolçu çatışmazlığı ilə üzləşən “qartallar” bu dəfə işini bərk tutmaqda israrlıdır.

İyula qədər komanda azı 3-4 yeni futbolçu ilə güclənməlidir. Hazırda namizədlərlə bağlı götür-qoy edilsə də, hansısa konkretlikdən söhbət gedə bilməz.

Birinin klubu ilə müqaviləsi var, digəri ilə maddi şərtlərdə ortaq məxrəc axtarılır. Qısası, vaxt aparan məsələdir.

Komandada kütləvi ayrılıqlar gözlənilmir. Transferə çıxarılan Rafael Utziq iş yerini dəyişə bilər, Salifu Sumanın da sərfəli təklif qarşılığında başqa kluba transferi mümkündür. Qapıçı Tyaqo Silva isə danışıqlar davam edir.

“Zirə” ilə müqaviləsinin müddəti başa çatan dörd nəfərdir. Rəşad Sadıqov Hacıağa Hacılı və Rüstəm Əhmədzadə ilə bağlı yekun qərarını verməyib. Ayrılıqları kimi, yeni sözləşmə imzalamaları real görünür.

Pyer Zeblinin bağladığı müqavilə şərtlərində “+1” maddəsinin olması təcrübəli yarımmüdafiəçinin karyerasını “qartallar”ın heyətində davam etdirməsinə şərait yaradır.

İş burasındadır ki, “+1” şərti klubun ixtiyarındadır. Yəni Sadıqov Zeblinin qalmasına gərək duysa, həmin bənd qüvvəyə minəcək. Əks halda yollar ayrılacaq.

“Qarabağ”a məxsus olan İsmayıl İbrahimlinin zirəlilərlə icarə müqaviləsi yekunlaşıb. Baş məşqçi onu növbəti mövsümdə sərəncamında görməkdə maraqlı olsa da, son söz “Qarabağ”ındır. İsmayıl karyerasını “Zirə”də davam etdirmək üçün Qurban Qurbanovun müsbət rəyi olmalıdır. İbrahimlinin “qartallar”ın formasını geyinməkdə davam etməsi real görünür.

Bir sözlə, ölkəmizi avrokuboklarda təmsil edəcək “Zirə”də ciddi dəyişikliklər yaşanmayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
31 May 03:00 Evləndilər - VİDEO