Azərbaycanlı məşqçi Arda Turanın komandasında

23 May 2025 14:20 Zirə 2 928
Azərbaycanlı məşqçi Arda Turanın komandasında

«Zirə» məşqçisi Hacı Əhmədovu Türkiyəyə göndərib.

Gənc mütəxəssis Super Liqada mübarizə aparan «Eyubspor»un düşərgəsində olub.

O, bir neçə gün ərzində Arda Turanın komandasının məşq prosesini izləyib.

Əhmədov adını çəkdiyimiz baş məşqçi ilə görüşüb, həmçinin onun köməkçiləri ilə fikir mübadiləsi aparıb, öz üçün müəyyən qeydlər götürüb.

Əhmədov bir neçə ildir qəsəbə klubunda çalışır. Öncə Rəşad Sadıqovun köməkçisi kimi fəaliyyət göstərib, indi isə əvəzedici heyətdə işləyir.

Burada Zaur Həşimovun əsas yardımçısıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM