
“Zirə”nin 5 oyunluq qələbə, 3 matçlıq qapısında top görməmək seriyaları “Sabah”la görüşdə qırıldı.
İlk hissədə üstün futbol oynayaraq lazım olan qolu vuran “qartallar” fasilədən sonra təşəbbüsü rəqibə verincə, “tələbələr” hesabı bərabərləşdirməyi bacardı.
Oyun başa çatandan sonra “Zirə”lilər qələbə əval-ruhiyyəsində idi. Önəmli olan uduzmamaq idi ki, bunun öhdəsindən gəlməyi bacarmışdlar.
Komandanın yeni transferlərindən olan Rikardo Martins Quimaraes (Quima) Sportinfo.az-a açıqlamasında qarşılaşma ilə bağlı təəssüratlarını bölüşüb:
“Çempionat bizim üçün demək olar başa çatıb. İkinciliyi təmin etmişik. Amma klubun adı və öz imicimiz üçün mübarizə aparırıq.
Digər tərəfdən, bu görüşlər avrokubok matçları öncəsi oyun planında artırmaq üçün çox vacibdir.
“Sabah”la oyunda taktiki baxımdan müəyyən dəyişikliklər edilmişdi. Bir az fərqli üslubda çıxış etdik.
“Sabah”ın keyfiyyətini nəzərə alsaq, fikrimcə, çox yaxşı futbol nümayiş etdirdik və sərfəli nəticə əldə etdik. Mövsümün sonudur deyə, 1 xal qənaətbəxşdir.
Önəmli olan odur ki, bu matçlarda səhvlərimizi görüb, onların aradan qaldırılmasına çalışaq”.
"Quima" ləqəbli yarımmüdafiəçi Portuqaliya Primerasında çıxış edəndən sonra Türkiyəyə gələrək, burada “Iğdır”ın şərəfini qoruyub.
Mozambik yığmasının üzvü bu ilin martından “Zirə”nin uğurları üçün tət tökür.
HƏBİB