Rəşad Sadıqovu indi nə maraqlandırır? - VİDEO

19 May 2025 02:20 Zirə 695
Rəşad Sadıqovu indi nə maraqlandırır? - VİDEO

“Yaxşı oyun oldu, hər iki komandanı buna görə təbrik edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Sabah”a qarşı Premyer Liqanın 35-ci turunun ev oyunu (1:1) haqda bildirib.

Onun dediyinə görə, turnir cədvəlində bütün vəzifələrini artıq yerinə yetirmələrinə baxmayaraq, hər oyuna maksimum nəticə üçün çıxırlar.

“Amma hazırda nəticədən çox oyunun özü bizi maraqlandırır” - deyə Sadıqov vurğulayıb.

O qeyd edib ki, ikinci hissədə komandasından gözlədiyi oyunu görüb:

“Bəli, rəqibin təhlükəli epizodları oldu, amma biz intizamı qoruyaraq diqqətıi oyun sərgilədik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
01:50 Emrah PAŞA