“Neftçi” növbəti mövsümdə tam fərqli olacaq - Yeni transferlər, aparılacaq islahatlar... VİDEO

18 May 19:00 Zirə 503
“Neftçi” növbəti mövsümdə tam fərqli olacaq - Yeni transferlər, aparılacaq islahatlar... VİDEO

“Brahim Konatenin “Neftçi”ni deyil, “Zirə”ni seçməsindən belə qənaətə gəlmək olar ki, Azərbaycanda forma geyinən legionerlər ad-sanı yox, düzgün idarəçiliyi seçirlər.

Xaotik bir ortamda itib-batmaqdan çəkinirlər.

Amma “Neftçi” yeni mövsümdə tam fərqli olacaq. Yeni transferlərlə, düzgün planlaşdırmayla sona qədər yarışın içərisində yer alacaq.

Daha belə bir bərbad mövsümü camiə olaraq qaldıra bilməzlər, ona görə də hazırda uğurlu çıxış üçün planlaşdırma işləri davam edir. Azarkeşlər həyəcanla yeni mövsümü gözləsinlər”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist “Futbol manşet” verilişində “Neftçi”nin cari durumuna toxunub, iddialı fikirlərlə diqqət mərkəzində olub.

Qeyd edilib ki, yeni mövsümdən etibarən tam fərqli “Neftçi” gəlir, azarkeşlər bayraqları sandıqdan çıxarsınlar.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti