Orxan Məmmədov AÇIQLADI - Finalda "Qarabağ"a azarkeşlik edəcəK?

08:50 Zirə 102
Orxan Məmmədov AÇIQLADI - Finalda "Qarabağ"a azarkeşlik edəcəK?

"Avrokuboklara vəsiqə qazansaq da, Avropa Liqası və ya Konfrans Liqasında oynayacağımız Azərbaycan Kubokunun final matçından sonra məlum olacaq. Ona uyğun planlarımıza baxacağıq".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin Müşahidə Şurasının sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, yəqin ki, avrokuboklara qədər transferlər olmayacaq:

"Çünki hələ transfer pəncərəsi açılmayıb. Gedişata baxacağıq.

Qrup mərhələsinə vəsiqə qazana bilsək, onda məsələ başqa cür olacaq. Bunun üçün vaxt lazımdır".

Məmmədov Avropa Liqasında mübarizə aparmaq istədiklərini vurğulayıb:

"Bu, həm iki rəqiblə oynamağımıza imkan verəcək. Konfrans Liqası da bizim üçün uğur sayılır.

Ümumən, mövsümü uğurlu qiymətləndiririk. Çünki ardıcıl ikinci mövsüm ikinci yeri tutduq.

Böyük uğur münasibətilə məşqçilər heyəti və futbolçulara təşəkkür edirəm. Lakin bu, o demək deyil ki, Azərbaycan Kubokunun finalında "Qarabağ"a azarkeşlik edəcəyəm.

Əlbəttə, güclü qalib gələcək. Amma Sumqayıtda keçiriləcək matça baxmaq fikrim var. Gözəl futbola azarkeşlik edəcəyəm".

Digər Xəbərlər
Xəbər Lenti