Azərbaycan klubunda 39 yaşlı qapıçı barədə SÜRPRİZ QƏRAR!

17:00 Zirə 461
Azərbaycan klubunda 39 yaşlı qapıçı barədə SÜRPRİZ QƏRAR!

"Zirə"nin qolkiperi Anar Nəzirov karyerası ilə bağlı qərarını dəyişə bilər.

Mövsümün sonu aktiv futbol həyatı ilə vidalaşmağa hazırlaşan 39 yaşlı qapıçı daha bir il müqaviləsini uzatmaqla bağlı klubdan təklif alıb.

Belədə Nəzirov gələcəyi ilə barədə yenidən düşünməli olacaq.

Razılıq əldə olunsa qarşıdakı 1 ili də biz onu "Zirə" formasında görəcəyik.

Xatırladaq ki, bu mövsüm təcrübəli qapıçı cəmi 2 görüşdə forma geyinib.

Milli komandamızın sabiq üzvü 2014-cü ildən "qartallar"ın şərəfini qoruyur.

Yalnız aradakı 2019-2021-cu illər xaric. Bu müddəti "Qəbələ"də keçirib.

Nəzirov bu iki komandadan başqa ölkəmizdə "Kəpəz", "Neftçi", "Sumqayıt", "Standart" və "Turan Tovuz" klublarında da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti