"Neftçi"yə "yox" deyən fransalının yeni ünvanda alacağı maaş bilindi

17 May 21:00 Zirə 952
"Neftçi"yə "yox" deyən fransalının yeni ünvanda alacağı maaş  bilindi

Mövsümün diqqət çəkən adlarından biri "Şamaxı"nın üzvü Brahim Kanate oldu.

Əbəs deyil ki, mövsüm başa çatmamış mərkəz yarımmüdafiəçisi üçün müştərilər qapıya düzüldü.

Əsas mübarizə isə "Neftçi" və "Zirə" arasında getdi.

"Ağ qaralar"ın daha yaxşı şərtlərlə təklif etməsinə rəğmən fransalı legioner Rəşad Sadıqovun yanına getməyi seçdi.

Səbəb isə "qartallar"ın yayda avrokuboklarda çıxış edəcəyidir.

Amma Kanate bura da elə-belə pula gəlməyib.

Onun aylıq maaşı 15 min dollar nəzərdə tutulub.

Bu isə "Şamaxı"da aldığı əməkhaqqıdan iki dəfədən də çox deməkdir.

Xatırladaq ki, Brahim Kanate bu mövsüm keçirdiyi 29 oyunda 8 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti