"Avrokuboklara getmək şansları olduğu üçün..."

15 May 21:00 Zirə 151
"Avrokuboklara getmək şansları olduğu üçün..."

"Zirə" mövsümü birnəfəsə arxada qoymaqdadır.

Əbəs deyil ki, həftələr öncədən "qartallar" gümüş medalları özü üçün təmin edib.

Qalan matçlar Rəşad Sadıqovun kollektivi üçün daha çox nüfuz mübarizəsi baxımından əhəmiyyət daşıyır.

Bu yolda növbəti rəqib "Sabah" olacaq.

"Tələbələr" "Zirə" üçün tərs rəqibdir.

Tərəflərin duelləri hər zaman gərgin alınır.

Bu mövsüm də həmçinin. Arxada qalan 3 görüşdə "Zirə" yalnız 1 qələbə qazanıb. Digər iki qarşılaşma isə bərabərliklə yekunlaşıb.

Oyun öncəsi Sportinfo.az-a açıqlama verən Məqsəd İsayev də bu məqama diqqət çəkib:

"Maraqlı oyun olacaq. Bu komanda ilə görüşlərimiz gərgin keçir. Unutmayaq ki, "Sabah" son oyunlarda istəklidir.

Onların avrokuboklara getmək şansları qalır. Ona görə də diqqətli olmalıyıq. Çalışacağıq ki, yaxşı oyunla qələbə qazanaq".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
15 May 11:00 İş var, güc var!