Bayıldakı müəmmaya aydınlıq gətirdi: "Bununla əlaqəli ola bilər"

20 May 19:00 Zirə 205
Bayıldakı müəmmaya aydınlıq gətirdi: "Bununla əlaqəli ola bilər"

"Zirə"nin müdafiəçisi Məqsəd İsayev Sportinfo.az-a müsahibə verib.

- Premyer Liqanın 34-cü turunda "Səbail"i məğlub etdiz (1:0). Oyunla bağlı düşüncələrin necədir?

- Maraqlı oyun alındı. Düzdü, bizim çıxışımız istədiyimiz kimi getmirdi. Amma mübarizə vardı. Təcrübə sayəsində son dəqiqələrdə qol vurub, qələbə qazandıq.

- Sonuncu yerdə gedən "Səbail" məğlub olmasına rəğmən, üstün oyunla yadda qaldı. Bu nə ilə bağlıydı?

- Bunda meydança amilinin rolu vardı. Rəqib orada məşq edir, oyunlar keçirir. Biz isə ancaq oyun günü orada çıxış edirik. Həm də rahatçılıqla əlaqəli ola bilər. Bütün bunlara rəğmən, önəmli odur ki, qələbə qazandıq.

- Sona 3 tur qalmış gümüş medalı təmin etməyiniz motivasiyanıza mənfi təsir edirmi?

- Xeyir, belə deməzdim. Çünki mövsümün qalan oyunlarını məğlubiyyətsiz başa vurmaq istəyirik. Hər şey ola bilər. Bəzən məğlub da ola bilərik. Amma bütün fikrimiz qalan oyunlarda yaxşı nəticə əldə etməkdir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti