Aparıcı hücumçu klub rəhbərliyinin qapısını döydü, bu istəyi ilə hamının əhvalını korladı

14:40 Zirə 524
Aparıcı hücumçu klub rəhbərliyinin qapısını döydü, bu istəyi ilə hamının əhvalını korladı

2024-cü ilin əvvəlində “Zirə”yə gələn Rafael Utziq klub rəhbərliyini məyus edib.

Braziliyalı hücumçu funksionerlərlə görüşərək, komandadan ayrılmaq istədiyini bildirib.

İlyarımdır “qartallar“ın formasını geyinən “sambaçı“ Avropa və Asiyadan təkliflər aldığını, bu səbəbdən hələ qüvvədə olan 1 illik müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam vermək fikrinə düşdüyünü bildirib.

Cənubi amerikalı legioner gələn dəvəti qəbul edəcəyi halda, həyatının maddi planda büsbütün dəyişəcəyini söyləyib.

29 yaşlı forvard karyerası ərzində ölkəsinin “Foz do İqausu”, “Kaskavel”, “Ypiranqa”, “Parana”, “Sianorçe” klublarının şərəfini qoruyub.

Ölkəmizdə “Qəbələ”də də çıxış etmiş Utziqin son klubu Cənubi Koreyada “Sunqnam Asan” olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti