Azərbaycan klubu transfer iddiaları içində “üzən” futbolçusunu satdı - SON DƏQİQƏ

09:00 Zirə 1 745
Azərbaycan klubu transfer iddiaları içində “üzən” futbolçusunu satdı - SON DƏQİQƏ

Uzun müddətdir haqqında müxtəlif trpnsfer iddiaları dolaşan Salifu Sumanın nəhayət, «Zirə»dəki aqibətinə aydınlıq gəlib.

Qvineyalı legionerin növbəti mövsümə burada başlamayacağı dəqiqləşib.

Qəsəbə təmsilçisi onun satışı ilə bağlı planını artıq həyata keçirib. 21 yaşlı vinger bundan sonra karyerasını Avropada davam etdirəcək.

Ancaq həmin klub Kiyev «Dinamo»su deyil. Bu, 100 faiz dəqiqdir. Afrikalı Ukraynaya yox, «Köhnə dünya»nın başqa bir ölkəsinə üz tutub.

«Qartallar» Sumanı 2023-cü ilin avqustunda Fransadan gətirib. «Havr»ın sabiq cinah oyunçusu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Odur ki, Premyer Liqanın gümüq medalçısı bu satışdan qazancla çıxıb - təzminat alacaqlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti