Avrokuboklara vəsiqə qazanan komandadan SÜRPRİZ TRANSFER! - SON DƏQİQƏ

11 May 14:00 Zirə 2 225
Avrokuboklara vəsiqə qazanan komandadan SÜRPRİZ TRANSFER! - SON DƏQİQƏ

Premyer Liqanın gümüş medallarını qazanan «Zirə» yeni mövsüm üçün ilk transfer çalışmasını sona çatdırıb.

Avrokuboklarda iştirak edəcək «qartallar» Brahim Konate ilə anlaşıb.

Bu mövsüm «Şamaxı»nın formasını geyinən fransalı legioner qəsəbə təmsilçisinin təklifini «Neftçi»dən üstün tutub. Çünki 29 yaşlı yarımmüdafiəçi avrokuboklarda iştirak etmək niyyətindədir.

Konatenin «şirlər»in heyətində keçirdiyi debüt mövsümündə 9 qol vurmasını xatırladaq. O, 1 dəfə ölkə kubokunda fərqlənibsə, digər qolları Premyer Liqada vurub.

1996-cı il təvəllüdlü mərkəz yarımmüdafiəçisi son olaraq İsraildə çıxış edib. O, «Hapoel Afula»nın formasını geyinib.

28 yaşlı fransız yerli “Oser”in yetirməsidir. Fransanın U-20 millisində 6 matç keçirib. Ölkəsində “Kamois Niortays”sın da şərəfini qoruyub.

Daha sonra İspaniyada “Fuenlabrada” və “Rayo Majadahonda”nın uğurları üçün tər töküb.

2023-cü ilin əvvəlində Litvada “Kauno Jalqris”a üz tutub, 6 ay sonra isə İsrailə yollanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti