Azərbaycan klubu bu yay ən bahalı satışını edəcək? - VİDEO

11 May 15:15 Zirə 1 055
Azərbaycan klubu bu yay ən bahalı satışını edəcək? - VİDEO

"O, "Zirə" tarixində ən bahalı satış ola bilər".

Bu iddianı futbol eksperti Emin Abbasov səsləndirib. ATV kanalında yayımlanan "Futbolumuuz" verlişinin daimi eksperti qəsəbə təmsilçisinin yay transfer bazarlığı barədə düşüncələrini bölüşüb.

Bildirib ki, "qartallar"ın qarşıdakı aylarda bir neçə futbolçusu ilə vidalaşması gözlənilir.

Satılması ehtimal olunanların başında isə Salifu Suma gəlir. Tanınmış teleşərhçi qeyd edib ki, qvineyalı vinger əla mövsüm keçirir, bu səbəbdən də Avropanın bir sıra klublarından sərfəli təkliflər alıb.

Abbasov söyləyib ki, 21 yaşlı afrikalı sürətli inkişaf yolu keçməkdədir və "Zirə" mümkün satışdan böyük miqdarda pul qazanacaq.

Ekspert xatırladıb ki, Premyer Liqanın gümüş medalçısı ötən illər ərzində bir neçə transfer əməliyyatı keçirib və iri məbləğ əldə edib.

Onun fikrincə, Suma ondan öncə satılan oyunçulardan daha artıq dəyərə malikdir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti