Azərbaycandan bu oyunçunu ona görə almaq istəyirlər ki...

5 May 20:20 Zirə 363
Azərbaycandan bu oyunçunu ona görə almaq istəyirlər ki...

“Zirə” hücumçusu Salifu Sumanı heyətdə saxlamaqda çətinlik çəkəcək.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı vingerlə maraqlanan klubların sayı getdikcə artır.

Ötən gün Bolqarıstan təmsilçisi “Lüdoqorets”in bu transfer müqabilində Azərbaycan klubuna 800 min avro ödəməyə hazır olduğu barədə məlumat yayılmışdı.

Həmçinin Fransa, Rusiya və Türkiyə klubları da qvineyalının durumunu nəzərdən keçirir.

İndi isə bu mübarizəyə yenidən Kiyev “Dinamo”su qoşulub. Ukrayna klubu gənc cinah oyunçusu sayəsində hücum xəttini gücləndirəcəyini düşünür. Ukrayna mətbuatının yaydığı məlumata görə,

“Dinamo”nun baş məşqçisi Aleksandr Şovkovski bu keçidin baş tutması təqdirində Sumanı pleymeyker mövqeyində oynatmağı planlaşdırır.

Salifu Sumanın “Zirə” ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm ümumilikdə 36 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 02:50 Coşqun az vaxt aldı