Azərbaycan klubunun vingerinin transferi “Spartak”ın gündəmində varmı?

3 May 2025 19:20 Zirə 1 667
Azərbaycan klubunun vingerinin transferi “Spartak”ın gündəmində varmı?

"Zirə"nin vingeri Salifu Suma "Spartak"a (Moskva) keçməyəcək.

Sportinfo.az Rusiyanın “Евро-Футбол.Ру” portalına istinadən xəbər verir ki, 21 yaşlı qvineyalı Moskva klubunun maraq dairəsində deyil.

Rus həmkarlarımızın yazdığına inansaq, "Spartak" bu yay həmin mövqe üçün transferlər etməyi planlaşdırmır.

Amma Qvineya və Fransa mətbuatı Sumanın yayda "Spartak"a keçə biləcəyini iddia edirdi.

"Ludoqorets"in Salifu üçün "Zirə"yə rəsmi təklif göndərdiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM