“Zirə” ilə anlaşan braziliyalı hisslərini “instaqram”da bölüşdü

3 May 2025 23:00 Zirə 1 525
“Zirə” ilə anlaşan braziliyalı hisslərini “instaqram”da bölüşdü

Ruan Renato "Zirə" ilə müqavilə müddətinin 2 illik artırılmasını qısaca şərh edib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı braziliyalı “instaqram” profilində bunları yazıb:

"Çox xoşbəxt və motivasiyalıyam. Hekayəmiz davam edir".

Qəsəbə klubunun müdafiəçi yeni müqaviləsi 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub. O, 2023-cü ildən "Zirə"də çıxış edir.

Ruan karyerası ərzində “Santa Rita”, “Quarantinqeta”, “Yuventude”, “Vitoriya”, “Fiqueyrense”, “Botafoqo”, “Ponte Preta” (hamısı Braziliya), “Austriya” (Vyana) və “Qəbələ”nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM