
Xəbər verdiyimiz kimi, “Zirə” Azərbaycan Premyer Liqasının 33-cü turunda “Turan Tovuz” üzərində vacib qələbə qazanmaqla (1:0) çempionatda ikinci yeri təmin edib.
Sportinfo.az xəbər verir ki, "qartallar”ın baş məşqçisi Rəşad Sadıqov çox stressli matç olduğunu, meydanda böyük aqressiya, intensiv futbol, çoxlu mübarizə göründüyünü deyib:
“İkinci hissəyə daha aktiv başladıq, rəqibi əks-hücumda yaxalayaraq qol vurduq. Düşünürəm ki, gözəl və baxımlı qoldur”.
Sadıqov deyir ki, klubları üçün bu mövsüm ikincilik vacib idi: “Bir uğuru qazanmaq olur. Amma onu qoruyub-saxlamaq həmişə çətindir”.
Onun dediyinə görə, bundan sonrakı oyunlarda rotasiyalar edəcək və həmin matçlar komanda üçün avrokuboklara hazırlıq olacaq:
“Daha çox az oynayanlara şans verəcəyik, çox yorulanları bir az dinləndirəcəyik. Rahatlıqla avrokubok planlarını quracağıq.
Sadıqov deyib ki, “Qarabağ” kimi komandanın yer aldığı çempionatda ardıcıl iki il 2-ci yeri tutmaq vacib uğur idi.
O bildirib ki, komandası avrokuboklarda məhz Avropa Liqasında oynamaq istəyər:
“Çünki ən azından bir məğlubiyyət imkanın olur. Amma ümumən götürsək, biz bilmirik ki, hansı turnirdə qarşımıza hansı rəqib çıxacaq”.