
"Zirə"nin 2025-ci ildə çıxış təqdirəlayiqdir.
Rəşad Sadıqovun komandası fantastik sürət yığdı.
Komanda keçirdiyi 18 matçdan 14-də qalib gəlib. Yalnız 2 görüşdə məğlub olub. Həmin oyunlar da "Qarabağ"la matçlara təsadüf edir.
Halbuki qış fasiləsinə kimi vəziyyət ürəkaçan deyildi.
Zirəlilər mövsümün birinci yarısında nə az, nə çox 6 məğlubiyyət almışdı. 3 görüşdə isə bərabərlik qeydə alınıb.
Bu isə keçirdiyi 18 görüşdən tən yarısında xal itkisi deməkdir.
Bəs qış fasiləsində nə dəyişdi?
Məncə, ötən yay çempionatla bərabər avrokuboklarda da çıxışın uzun müddət davam etməsi komandanın işinə mane olurdu.
İlk dəfə belə qrafikdə meydana çıxan kollektiv sanki yükün ağırlığını daşıya bilmirdi.
Xüsusilə əsas fikrin Avropa səhnəsində olması daxili arenada işlərin nəzarətdən çıxmasına səbəb olurdu.
Tədricən yetirmələrini toparlayan Sadıqov yalnız qış fasiləsində pik formaya çatdırdı.
Bu məqam növbəti mövsümlər üçün də əla təcrübə kimi mütləq "Zirə"nin dadına çatacaq.
XANOĞLAN İMANOV