Rəşad Sadıqov bu boyda işin öhdəsindən necə gəldi? - VİDEO

17:00 Zirə 169
Rəşad Sadıqov bu boyda işin öhdəsindən necə gəldi? - VİDEO

“Ruan Renatosuz “Zirə” avrokuboklarda uğursuz ola bilərdi.

Oyunu başladan, komandanı geridən lokomotiv kimi irəliyə aparan futbolçudur.

Onun burada qalması “Zirə” tərəfindən atılan ən düzgün qərarlardan biridir.

“Zirə” mövsümün ən sabit komandalarındandır.

Salifu Suma isə ayrı aləmdir. Avropada liqa mərhələsi olacağı təqdirdə, ona ciddi təkliflər gələ bilər.

Sürət, keçidlər, zərbə... Hamısı yerindədir.

Ümumiyyətlə, “Zirə”də seleksiya çox düzgün qurulub. Çünki orada transfer siyasətində namizədlər ələkdən keçirilir, yekunda Rəşad Sadıqov qərar verir. Baş məşqçinin seleksiyası mükəmməldir”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində səsləndirilib.

Tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadə “Zirə”nin mövcud durumu barədə danışıb, trasnfer siyasətində işlərin düzgün qurulmasından bəhs edib.

Baş məşqçi kimi Rəşad Sadıqovun önəmli fiqur olduğunu deyən aparıcı ekspertlər klubda qurulan düzgün strategiyanın qazanılan nəticələrdə özünü göstərdiyini diqqətə çatdırıblar.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti