
Premyer Liqanın 33-cü turunun açılış matçı Zirdə baş tutacaq.
"Qartallar" doğma meydanda "Turan Tovuz"u qonaq edəcək.
Meydan sahibləri qələbə təqdirində gümüş medalları özü üçün təmin edə bilər.
Nəzərə alaq ki, "Zirə"nin ən yaxın izləyicisi "Araz-Naxçıvan"ı "Sabah"la çətin qarşılaşma gözləyir.
Sportinfo.az-a açıqlama verən paytaxt klubunun yarımmüdafiəçisi İsmayıl İbrahimli də qələbə istəklərini gizlətməyib:
"Hər oyun bizə vacibdir. Büdrəmək istəmirik. "Turan"a qarşı oynamaq çətindir. Qələbə qazanmağa çalışacağıq".
Həqiqətən, bu mövsüm bölgə klubu ilə matçlar "Zirə" üçün asan keçmir. Uğurlu mövsüm keçirən komanda tovuzlularla arxada qalan 3 matçda yalnız 1 dəfə 3 xala sevinə bilib. Görəsən, bu rəqiblə oyunda "Zirə"nin dominantlıq etməsinə nə mane olur?
İsmayılı dinləyək: "Bəzi komandalar daha çox pressinq edir. "Turan" da belə kollektivlərdəndir. Digər rəqiblərlə müqayisədə "Turan"a qarşı hücumlar qurmaq nisbətən daha çətindir".
XANOĞLAN