Bu ölkənin məşhur klubu “Zirə”nin ulduzunu transfer edir? - Agentdən AÇIQLAMA

29 Aprel 2025 19:20 Zirə 1 730
Bu ölkənin məşhur klubu “Zirə”nin ulduzunu transfer edir? - Agentdən AÇIQLAMA

“Zirə”nin legioneri Salifu Sumanın meneceri futbolçu ilə “Spartak”ın (Moskva) maraqlandığına dair xəbərlərə münasibət bildirib.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Sumanın meneceri Yussef Mussaid deyib:

“‘Spartak’ın marağı? Konkret klublarla bağlı heç nə deyə bilmərəm.

Amma müxtəlif ölkələrdən bir çox komanda ilə əlaqədəyəm. Rusiyada Salifuya maraq var və biz bir neçə klubla danışırıq”.

21 yaşlı qvineyalı vingerin “Zirə” ilə müqaviləsi 2027-ci ilin yayında başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 19:40 Çək və bizə göndər!
25 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM