
"Difai"nin baş məşqçi Aydın Qasımov Sportinfo.az-a açıqlama verib.
O, ilk olaraq Birinci Liqanın 23-cü turunda "Qaradağ Lökbatan"a məğlubiyyəti (1:3) şərh edib:
"İlk öncə rəqib komandanı təbrik edirəm. İki fərqli hissə izlədik.
Birinci hissə üstün oynadıq. Ələ düşən fürsətləri dəyərləndirə bilmədik.
Fasilədən sonra oyunun məcrası dəyişdi. Bunda da qırmızı vərəqə alaraq azlıqda qalmağımız rol oynadı".
Qasımov davamında oyunun idarəçiliyindən narazılıq bildirib və baş hakim Fərid Hacıyevi sərt tənqid edib:
"Nəticədə görüşün baş hakimi Fərid Hacıyevin yanlış qərarları da az rol oynamadı. Hakimlərin idarəçiliyindən çox narazıyam. Nə etmək istədiklərinə cavab tapmaq istəyirəm.
Premyer Liqa təcrübəsi olan hakim kobud səhvlərə yol verir. Qayda pozuntularını görməzdən gəlir, verilməli olan vərəqələri göstərmir.
Bizə qarşı olan haqsızlıqlar barədə kimə deyək? Komanda olaraq referilərə hər zaman hörmətlə yanaşmışıq.
"Difai"yə qarşı edilən haqsızlıq barədə baş hakimdən, hakim inspektordan soruşuram heç bir cavab ala bilmirəm.
Deyirlər ki, bir qayda pozuntusuna görə etiraz etmək olmaz. Bəli, bir qayda pozuntusu oyunun müqəddəratını həll edə bilər.
Araz Abdullayev bir neçə dəfə dirsəklə oyunçularımızı vurur, amma baş hakim göz yumur. Neyləmək istəyirlər?
Bizim haqqımıza niyə girirlər? Belə biabırçı idarəçilikdən sonra Fərid Hacıyev elitada niyə təyinat alır?
Hələ Birinci Liqada doğru-dürüst idarəçilik etsinlər sonra Premyer Liqada oyun idarə edərlər.
Haqsızlıqla üzləşirik. Normal qaydada səbəbini soruşanda da sarı vərəqə verir.
Bu işə göz yumulmasın. Belə qərarlar komandanı sındırır.
Biz də qaydaları yaxşı bilirik. Sadəcə, qərar verən biz deyilik. Verilən qırmızı vərəqə, penalti doğrudur.
Amma bizim lehimizə olan epizodlar da düzgün qiymətləndirilsin. Haqqımız yeyilməsin.
Bir neçə dəfə etdiyimiz şikayətə baxılmayıb. Məqsədləri nədir bilmirik".
XANOĞLAN